Accessibility links

Israil Baş Naziri Vaşinqtonda Nüvə Silahı Sammitinə gəlməyəcək

  • Cəmilə Aydın

İsrailin Baş Naziri Bencamin Netanyahu gələn həftə ABŞ-da Prezident Barak Obamanın təşkil etdiyi Nüvə Təhlükəsizliyi Sammitdə iştirak etmək planını ləğv edib.

İsrailin Baş Naziri Bencamin Netanyahu gələn həftə ABŞ-da Prezident Barak Obamanın təşkil etdiyi Nüvə Təhlükəsizliyi Sammitdə iştirak etmək planını ləğv edib.

İsrail rəsmiləri bildirib ki, cənab Netanyahunun Vaşinqtona olan səfərini ləğv etməkdə səbəbi Misir və Türkiyənin bu sammitdən istifadə edərək İsrailin mövcudluğu irəli sürülən nüvə cəbbəxanası məsələsini qaldırmaq planlarıdır . İsrail rəsmiləri eyni zamanda qeyd edib ki, cənab Netanyahunun əvəzinə sammitdə İsrailin atom enerji agentliyinin başçısı Dan Meridor iştirak edəcək.

İsrail iki nüvə reaktoruna malikdir. Bunlardan biri Dimona şəhərindədir. Güman edilir ki, bu nüvə reaktorundan ölkənin atom silahı ehtiyatlarını artırmaq məqsədi ilə istifadə edilir.

Yəhudi dövləti nüvə silahına malik olduğunu nə təsdiq nə də inkar edib. İsrail nüvə silahlarının yayılmaması barədə sazişə də imza atmayıb. Saziş atom silahlarının istehsalı üçün istifadə edilə bilən nüvə texnalogiyasının yayılmasının qarşısının alınmasını nəzərdə tutur.

XS
SM
MD
LG