Accessibility links

İsrail baş naziri: Fələstinlilərlə danışıqlarda hər hansı nəticə milli referenduma çıxarılacaq


İsrail baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin üzvlərini əmin edib ki, fələstinlilərlə bərpa olunan danışıqların hər hansı nəticəsi milli referenduma çıxarılacaq.

Onun bu açıqlaması uzun müddət dalana dirənmiş sülh danışıqlarının ABŞ-ın vasitəçiliyi ilə yenidən start götürməsindən sonraya təsadüf edib.

Cənab Netanyahu nazirlərə prosesi asan olmayacağını, İsrailin yanaşmasının səmimi olacağını deyib. Baş nazirin sözlərinə görə, o, danışıqların məsuliyyətli və praktik aparılacağına ümid edir.

Son birbaşa danışıqlar 2010-cu ildə iflasa uğramışdı. Sərhədlər, qaçqınlar, təhlükəsizlik, yəhudi yaşayış massivləri və Qüds mövzusu həll edilməyən qəliz məsələlər arasındadır.

ABŞ dövlət kativi Con Kerri deyib ki, bəzi məsələlər üzərində hələ də işlənməkdədir, ancaq bu məsələlər həllini tapsa, İsrail və Fələstinlilərin rəsmiləri qarşıdakı 1-2 həftə ərzində ilkin danışıqlar üçün Vaşinqtona səfər edəcək.
XS
SM
MD
LG