Accessibility links

İsrail baş naziri Benyamin Netanyahu Türkiyə baş naziri Rəcəb Tayyib Erdoğana zəng vuraraq 3 il əvvəl Mavi Mərmərə gəmisində baş vermiş insident zamanı 8 nəfərin ölümünə görə üzr istəyib.

Baş nazir Türkiyə ilə diplomatik əlaqələrin tam bərpa olduğunu bəyan edib.

Hər iki ölkənin rəsmiləri diplomatik əlaqələrin tam bərpa olduğunu və səfirlərin tezliklə işlərinə başlayacağını deyib.

Diplomatik əlaqələrin bərpasi ABŞ prezidenti Barak Obamanın İsrailə üç günlük səfərinin son gününə təsadüf edib.

Cənab Netanyahunun ofisindən verilən bəyanatda deyilir ki, tərəflər arasındakı razılaşma İsrail və Türkiyə baş nazirlərinin telefon danışıqlarından sonra baş verib.
Bəyanatda həmçinin bildirilir ki, cənab Netanyahunun Türkiyə xalqından 2010-cu ildə baş vermiş insidentdə həyatını itirmiş insanlara görə üzr istəyib və iki ölkə arasında ələqələrin pisləşməsindən peşman olduğunu deyib.

Türkiyə rəsmiləri bu məlumatı təsdiqləyib və insidentə görə kompensasiya problemində razılıq əldə edildiyini bildirib.

İsrail və Türkiyə arasında əlaqələr 2010-cu ilin may ayında İsrail komandolarının Mavi Mərmərə gəmisinə reydindən sonra gərginləşmişdi.
XS
SM
MD
LG