Accessibility links

Hizbullah qrupunun yüksək rütbəli komandiri öldürülüb


İslamçı yaraqlı qrup olan Hizbullah yüksək rütbəli komandiri Mustafa Badreddinin Suriyada öldürüldüyünü bildirib.

Livanda qərargahlanan qrup bu gün Beyrut televiziya kanalında bildirib ki, 55 yaşlı Badreddin İsrail hava hücumu zamanı həlak olub.

İsrail hücumu dərhal təsdiqləməyib.

Badreddin 2008-ci ildən bəri Hizbullahın hərbi komandiri qismində fəaliyyət göstərib.

O, 2005-ci ildə Livan sabiq baş naziri Rafiq Həriri və digər 21 nəfərin qətliyamını planlaşdıran dörd nəfərdən biri olub. Hadisə ilə bağlı məhkəmə işi 2014-cü ildə Haaqa məhkəməsində başlayıb və indiyədək davam edir.

Hizbullah hücumun həyata keçirilməsində iştirakını təkzib edib.

Badreddin 1983-cü ildə bomba hücumunda iştirak etdiyinə görə Küveytdə ölümə məhkum edilmişdi. O, 1990-cı ildə Səddam Hüseynin hakimiyyətdə olduğu zaman İraqın Küveyti işğal etdiyi zaman həbsxanadan qaçmağa müvəffəq olmuşdu.

2015-ci ildə isə ABŞ Maliyyə Nazirliyinin bəyanatında Badreddinin 2011-ci ildən bəri Suriyada yaraqlı qrupun həyata keçirdiyi hərbi əməliyyatlara rəhbərlik etdiyi deyilib.

XS
SM
MD
LG