Accessibility links

Şübhəlinin İordan çayının qərb sahilindən olduğunu müəyyən edilib

Israil polisinin bildirdiyinə görə, bir fələstinli Tel-Əvivdə avtobusda azı 11 nəfəri bıçaqlayıb, nəticədə çoxu ağır yaralanıb.

Rəsmilər bildirir ki, şübhəli ilk olaraq sürücünü daha sonra isə sərnişinləri bıçaqlayıb.

Daha sonra o, avtobusdan enərək qaçmağa nail olub, lakin yaxınlıqda olan həbsxana zabitləri tərəfindən saxlanılıb. Rəsmilər bildirir ki, zabitlər 23 yaşlı şübhəlinin ayağından gülləyərək onu saxlayıblar.

Polis sözçüsü şübhəlini İordan çayının qərb sahilindən olduğunu müəyyən edib və onu “terrorist” adlandırıb.

Son aylar fələstinlilər tərəfindən Qüds və Tel-Əvivdə bir sıra hücumlar həyata keçirilib, bəziləriölümlə nəticələnib.

İsrail-Fələstin arasında gərginlik yüksək olaraq qalır.

XS
SM
MD
LG