Accessibility links

İsrail: Fələstin danışıqlardan uzaqlaşmaq istəyir


İsrail rəsmiləri bildirir ki, Fələstinin BMT Təhlükəsizlik Şurasına təqdim etdiyi qətnamə hər iki ölkə arasında münaqişənin mümkün həlli müddətini gecikdirə bilər.

Cərşənbə günü təqdim olunan qətnamə İsrailin Fələstin ərazilərindən çəkilməsi ilə bağlı son gün müəyyən edilmiş olacaq.

İsrailin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Fələstinin strategiyası danışıqları təxirə salmaq və münaqişəni alovlandırmaqdan ibarətdir.

Qətnamənin qəbul olunması üçün şuranın 15 üzvündən azı doqquzunun təsdiqinə ehtiyac var. Beş daimi üzvdən hər hansı biri qətnaməyə veto qoyaraq qarşısını ala bilər. Daimi üzv Britaniya, Fransa, Çin, Rusiya və Birləşmiş Ştatlar əvvəllər veto haqqından istifadə edərək şuranın İsrail ilə bağlı qərarının qarşısını almışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG