Accessibility links

O, korrupsiya ittihamı ilə bir il şərti cəza alıb

İsrailin keçmiş baş naziri Ehud Olmert korrupsiya qalmaqalına görə cərimə ödəməli olacaq, lakin həbs olunmayacaq.

Bazar ertəsi məhkəmənin hökmü ilə Olmert 18000 dollar məbləğində cərimələnib. Buna səbəb onun ticarət və sənaye naziri işlədiyi müddətdə dövlət müqavilələrini əldə etməkdə keçmiş həmkarına yardım etməsidir. Məhkəmənin Olmertə bir il müddətinə şərti cəza verməsi onun həbs edilməyəcəyi mənasını verir.

Olmert 2006-cı ildən 2008-ci ilə qədər İsrailin baş naziri vəzifəsində çalışdığı vaxt baş verən qalmaqal onun istefasına səbəb olmuşdu. İyul ayında Ehud Olmert daha iki ciddi korrupsiya ittihamlarından bəraət qazanıb. Lakin o, 1993-2003-cü illərdə Qüds şəhərinin meri vəzifəsində yol verdiyi səhvlərə görə ikinci məhkəmə prosesi qarşısındadır.
XS
SM
MD
LG