Accessibility links

İsrailin sabiq müdafiə naziri Benjamin Ben-Eliezer bazar günü 80 yaşında vəfat edib. O, ərəb ölkələri ilə İsrail arasında müzakirələrdə əsas rol oynayırdı.

Ben-Eliezer İraqda anadan olub. O, yeniyetmə yaşlarında yeni qurulmuş İsrail dövlətinə köçərək ordu sıralarına qatılmışdı.

Sabiq nazir İsrail tarixində iki əsas dövrdə 1967-ci ildə altı günlük müharibədə və 1973-cü il Yom Kippur döyüşündə general vəzifəsində çalışmışdı.

Lakin onun sabiq Misir prezidenti Hüsnü Mübarək və digər ərəb liderləriylə yaxşı əlaqələri İsrail və qonşu ölkələrlə daha müasir diplomatik əlaqələrin qurulmasına yol açmışdı.

Ben-Eliezer 2001-2002-ci illərdə ikinci Fələstin münaqişəsində İsrailin müdafiə naziri vəzifəsində rol almışdı.

Onun son iki ildə sağlamlığında problemlərlə yanaşı Ben-Eliezer korrupsiya, çirkli pulların yuyulması və vergidən boyun qaçırma ittihamları ilə üzləşmişdi.

XS
SM
MD
LG