Accessibility links

İordan çayının qərb sahilində qeyri-qanuni şəkildə məskunlaşan 50 ailə evlərindən çıxarılır.

Ordu insanların Ali Məhkəmənin 2014-cü ildə Fələstin torpaqlarında inşasını qeyri-qanuni hesab etdiyi Amona yaşayış məntəqəsindən çıxmasına göstəriş verib.

İsrail eyni zamanda digər bir bölgədə 3 min yeni evin inşasına sərəncam verib.

Müdafiə Nazirliyinin bildirdiyinə görə, sərəncam baş nazir Benyamin Netanyahu və müdafiə naziri Avidqor Liberman tərəfindən imzalanıb.

Yaşayış məntəqələrinin inşası Fələstinlə İsrail arasındakı əsas mübahisələrdən biridir.

XS
SM
MD
LG