Accessibility links

Fələstin liderləri İsraillə nəzərdə tutulmuş sülh danışıqlarının davam etməsinə israr edir. Liderlər əminliklə bildirirlər ki, Fətah və Həmas qruplarının birləşməsi danışıqlara maneə yaratmayacaq.

Fələstinin iki qrupu ötən ay səlahiyyətləri bölən hökumət yaratmaq barədə razılığa gəlib. Bununla da İordan çayının Qərb Sahili ilə Qüds yeddi il davam edən ayrılığa son qoyub.

İsrailin baş naziri Benyamin Netanyahu buna cavab olaraq ABŞ-ın vasitəçiliyi ilə keçirilən danışıqları rəsmi olaraq dayandırıb. O, İsrailin terrorçu qrup hesab etdiyi Həmas qrupunun daxil olduğu hökumətlə danışıqlara getməyəcəyini deyib.

İordan çayının Qərb Sahilidəki Fətahdan fərqli olaraq Qüdsdə qərargahlanmış Həmas İslamçı qrupu İsraili tanımır. Həmas qrupu yəhudi dövlətinə silahlı müqavimət göstərməyə davam edir və müntəzəm şəkildə İsrail ərazisinə raket atır.

Amma Amerikanın Səsinə müsahibəsində Fələstin hakimiyyətinin hər iki tərəfinin sözçüsü Həmasın iştirakı ilə belə danışıqların davam edilə biləcəyinə dair razılığa gəlindiyini deyib.
XS
SM
MD
LG