Accessibility links

İsrail əsgərləri işğal edilmiş İordan çayının Qərb sahilində səhər keçirilən reyd zamanı dörd fələstinlini öldürüb.

İsrail hərbi qüvvələrinin bildirdiyinə görə, əsgərlər əvvəllər İsrailə qarşı hücumlar həyata keçirməkdə şübhələnilən Həmas yaraqlısını ələ keçirmək üçün onun Cenin qaçqın düşərgəsindəki evində reyd keçirib.

Fələstin rəsmiləri isə İsrail hərbçilərinin Həmzə Əbu Əl-Heycanın evini mühasirəyə alıb, onun küçəyə çıxması əmri verdiyini bildirirlər.

İsrail hərbi qüvvələri şübhəlinin əmrə itaət etməyərək, atəş açdığını və iki əsgəri yaraladığını, bundan sonra əsgərlərin cavab atəşi açaraq, onu qətlə yetirdiyini bildirib.

İsrail etirazçıların hadisə yerində toplaşdığını və əsgərlərə hücum etdiyini bildirib. Əsgərlərin toplaşanlara atəş açması nəticəsində üç fələstin öldürülüb.

Yaxın Şərq sülh danışıqlarında inkişafın əldə edilməməsi son aylar gərginliyin artmasına gətirib çıxarıb. Sülh danışıqları üç illik fasilədən sonra keçən il iyul ayında yenidən bərpa edilib.
XS
SM
MD
LG