Accessibility links

Ötən həftə oğurlanmış üç israilli yeniyetmənin axtarış əməliyyatları zamanı İsrail qoşunları ilə fələstinlilər arasında qarşıdurma olub.

İsrail ordusu bildirib ki, fələstinlilərin qumbara atması və atəş açmasından sonra İsrail qüvvələri cavab atəşi açıb.

İtkin düşmüş yeniyetmənin axtarış əməliyyatının bir hissəsi kimi İsrail əsgərləri İordan çayının qərb sahilindəki evlərdə axtarış aparıb.

Üç yeniyetmə ötən həftə İordan çayının qərb sahilində məktəbdən evə qayıdarkən yoxa çıxıb.

İsrail qüvvələri itmiş oğlanların axtarış əməliyyatının bir hissəsi kimi onlarla Həmas yaraqlısını həbs edib.
XS
SM
MD
LG