Accessibility links

İsrail fələstin məhbuslarını azad etməyə razı olub



İsrailin üç illik diplomatik durğunluq dövründən sonra fələstinlilərlə sülh danışıqlarının bərpasından bir neçə gün öncə uzun müddətdir həbsdə saxlanılan 104 fələstinli məhbusu azad etməyə razı olub.

Baş nazir Bencamin Netanyahu qərarın təsdiqi məsələsində kabinet üzvləri tərəfindən güclü müqavimətlə qarşılaşmışdı. Bazar günü keçirilən səsvermə zamanı nazirlər kabinetinin 13 üzvü məhbusların azad edilməsinin leyihə, yeddisi əleyhinə, biri isə bitərəf səs verib.

Qərara əsasən, 104 fələstinli məhbus fələstinlilərin prezidenti Mahmud Abbasla ABŞ-ın vasitəçilik etdiyi danışıqlar prosesi zamanı dörd mərhələdə azad ediləcək.

Fələstin prezidenti Mahud Abbasın hökuməti İsrailin danışaqlara başlamaq üçün uzun zamandır həbsdə saxlanan məhbusları azad etməli olduğunu deyib.

İsrail mətbuatının verdiyi məlumata əsasən, azad ediləcək məhbuslar arasında İsrail vətəndaşları və təhlükəsizlik qüvvələrinə qarşı on illər bundan əvvəl hücumlara görə məhkum edilən fələstinlilər var.

Fələstin rəsmiləri İsraillə danışıqlardan əvvəl ilkin müzakirələtin Vaşinqtonda çərşənbə günü başlayacağınə gözlədiklərini bildirib. Sülh danışıqları 2010-cu ildə fələstinlilərin İsrailin İordan çayının Qərb sahilində yaşayış məntəqlərinin salmasına etirazları ilə əlaqədar dayandırılmışdı.

Dövlət katibi Con Kerri danışıqları bərpa etmək üçün Yaxın Şərqə son aylar etdiyi səfərlər zamanı diplomak səyləri intensivləşdirmişdir.
XS
SM
MD
LG