Accessibility links

Con Kerri İsrail və Fələstin rəsmiləri ilə görüşüb


ABŞ-ın İsrail-Fələstin sülh danışıqlarını nəzərdən keçirməsi dövlət katibi Con Kerrinin İsrail və Fələstin rəsmiləri ilə görüşü ilə davam edib.

Kerri Fələstin baş naziri Salam Fəyyad və İsrail prezidenti Şimon Pereslə görüşündən əvvəl İsrailin Holokast Xatirə Günü mərasimində iştirak edib.

ABŞ Dövlət Departamentinin rəsmiləri deyib ki, Kerri hər iki tərəfin iradə nümayiş etdirməsinə nail olmağa çalışıb. İsrail və Fələstin liderləri 2010-cu ilin sentyabr ayında qısamüddətli danışıqlardan bəri sülh danışıqları keçirməyib. Kerrinin ölkələr arasında rəsmən sülh danışıqlarına başlama təklifi ilə çıxış edəcəyi gözlənilmir.

Regiona səfəri çərçivəsində Kerri artıq Fələstin prezidenti Mahmud Abbas, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan və Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu ilə görüşüb.

Dünən Davutoğlu ilə birgə mətbuat konfransında Kerri Türkiyənin mümkün qədər tez bir zamanda İsraillə tam diplomatik münasibətləri bərpa etməyə çağırıb.

Dövlət katibi Suriyada hakimiyyətin sülh yolu ilə dəyişilməsi məsələsində Amerika və Türkiyənin məqsədlərinin üst-üstə düşdüyünü deyib. O, eyni zamanda Ankaranın Türkiyə sərhədi boyu Suriya qaçqınlarına yardım etməkdə səxavət nümayiş etdirdiyini dilə gətirib.
XS
SM
MD
LG