Accessibility links


İsrail məhdud sayda fələstinli məhbusu azad etməyə razılıq verib. Bu haqda məlumat İsrail və Fələstin hökumətləri aralarında uzun müddətdir mövcud olan fikir ayrılqlarının azaldılmasına ümid edərək, danışıqlar prosesini başlamağa razı olmasından bir gün sonra verilib.

İsrailin hökumət naziri Yuval Şteynits fələstinli məhbusların sayı və onların kimliyi haqda məlumat vermədən məhdud sayda məhbusun azad ediləcəyini şənbə günü elan edib.

Cümə günü ABŞ Dövlət katibi Con Kerri İsrail və fələstinlilər arasında danışıqları bərpa edəcəyini bildirib. Kerri bu açıqlamanı İordan çayının Qərb sahilində Ramallahda Fələstinlilərin prezidenti Mahmud Abbasla görüşdükdən sonra İordaniya paytaxtı Əmmanda verib.

Kerri danışıqların bərpasının bəzi detalları üzərində işin davam etdirildiyini bildirib və deyib ki, hər şey qaydasında olsa, Fələstin və İsrail rəsmiləri bir-iki həftə ərzində ilkin müzakirələrə başlamaq üçün Vaşinqtona səfər edəcək.

ABŞ Dövlət katibi İsarilin Baş naziri Benyamin Netanyahu və Fələstinlilrin prezident Mahmud Abbasdan ağır seçimlər edə bildiklərinə görə razılığını bildirib.
XS
SM
MD
LG