Accessibility links

İsrail fələstinli gəncin qətlində şübhəli bilinən 6 yəhudini həbs edib


Tariq Əbu Xudayr
Tariq Əbu Xudayr

İsrail poisi fələstinli gəncin oğurlanıb öldürülməsində şübhəli bilinən 6 yəhudini həbs edib.

Rəsmilər 16 yaşlı Məhəmməd Əbu Xudayrın qətlində şübhəlilərin millətçi motivlərdən çıxış edərək, ekstremist yəhudi qrupun üzvü olduqlarını bildirib. İsrailli üç yeniyetmənin qətlinə görə qisas almaq məqsədilə fələstinli gəncin qətlə yetirilməsi Qüdsdə və İsrailin ərəb şəhərlərində zorakı etirazlara səbəb olub.

Bu arada, İsrail məykəməsinin hakimi Məhəmməd Əbu Xudayrın Amerika vətəndaşı olan 15 yaşlı əmisi oğlu Tariq Əbu Xudayrı azad edib, lakin onun doqquz gün müddətinə ev dustağı qalması haqda qərar çıxarıb.

Şərqi Qüdsdə qohumlarını ziyarət edən amerikalı Tariq Əbu Xudayr cümə axşamı günü polislə toqquşma zamanı saxlanıb. Şənbə günü internetdə yerləşdirilmiş videoda onun iki israilli polis tərəfindən döyüldüyü nümayiş etdirilib.

Gəncin polis tərəfindən döyülməsi Birləşmiş Ştatlar tərəfindən etirazla qarşılanıb.

XS
SM
MD
LG