Accessibility links

İsrailin Qəzzaya hücumları nəticəsində 23 adam həlak olub. Fransanın xəbər agentliyinin bildirdiyinə görə, hücum nəticəsində 100-dən çox insan yaralanıb.

İsrail qurudan hücumları genişləndirəcəyinə dair işarələr verir.

ABŞ prezidenti tərəfləri qisasla deyil, ölçülmüş addımlarla hərəkət etməyə çağırıb. Almaniyanın Die Zeit qəzetinə yazan Barak Obama bildirib ki, Amerika iki dövlət prinsipini dəstəkləyir və tərəflər sülh üçün riskə getməlidir.

Fələstin prezidenti Mahmud Abbas BMT-nin Təhlükəsizlik Şurası və Yaxın Şərq Kvarteti kimi beynəlxalq qurumlara müraciət edərək, Fələstin xalqının təhlükəsiziliyinin təmin edilməsinə çağırıb. O, fələstinliləri birlik və təmkinə səsləyib.

İsrailin müdafiə naziri Moşe Yaalon Qəzzada Həmas yaraqlılarının hədəf alındığını və əməliyyatların bir neçə gün davam edəcəyini bildirib. İsrailin Nazirlər Kabineti ehtiyatda olan 40 min əsgəri səfərbər edib.

XS
SM
MD
LG