Accessibility links

Fələstinlilər çərşənbə günü İsrail polisi ilə qarşıdurma zamanı həlak olan kabinet nazirinın dəfn mərasiminə qatılıb.

Fələstin prezidenti Mahmud Abbas da daxil olmaqla, minlərlə insan cümə axşamı günü Ramallahda Ziyad Əbu Aynın dəfn mərasimində iştirak edib.

İsrail İordan çayının Qərb sahilinə əlavə qüvvələr göndərərək Abu Ainin dəfni zamanı mümkün nümayişlərə qarşı tədbir görüb.

Çərşənbə günü nümayişlər zamanı İsrail qüvvələri Ziyad Əbu Aynı boynu və sinəsindən vurub və gözyaşardıcı qazdan istifadə edib.

Fələstinli həkimlərin dediyinə görə, autopsiya zamanı onun zərbədən öldüyü aşkar edilib. İsrail rəsmiləri isə ölümə ürək tutmasının səbəb olduğunu bildirib.

İsrailin Müdafiə Qüvvələrinin sözçüsü Piter Lerner deyib ki, hərbi qüvvələr hadisə ilə bağlı istintaq aparır.

XS
SM
MD
LG