Accessibility links

Con Kerri Romada İsrailin baş naziri ilə görüşüb


ABŞ Dövlət Katibi Con Kerri İsrailin baş naziri Benjamin Netanyahu ilə Romada İsrail-Fələstin problemi ilə əlaqədar görüş keçirib.

Görüş Fələstin rəsmilərinin BMT-yə İsrail tərəfindən zəbt olunmuş torpaqların iki il ərzində azad edilməsi ilə bağlı qətnaməni təşviq etdiyi vaxta təsadüf edir. İordaniyanın hazırladığı qətnamənin bu həftə BMT Təhlükəsizlik Şurasına təqdim olunacağı gözlənilir.

Romaya səfər etməzdən əvvəl cənab Netanyahu ölkəsinə bu yönümdə göstərilən təzyiq cəhdlərini kəskin şəkildə rədd edib.

Cənab Kerri Netanyahu ilə görüşdən sonra fransız, britaniyalı və alman həmkarları ilə görüşmək için Parisə səfər edəcək.

Dövlət Departamentinin sözçüsü bildirib ki, Kerrinin hədəfi hər kəsi dinləyərək bu istiqamətdə ortaq razılıq əldə etməkdir.

ABŞ rəsmiləri BMT qətnaməsinin İsrail və Fələstin sülh razılaşmasına mənfi təsir göstərəcəyini deyir.

XS
SM
MD
LG