Accessibility links

İsrail və Fələstinlilər arasında gərginlik artır [Video]


İsrail sərhədində baş verən son hücumlar iğtişaşların artmasına səbəb olub

İsrailinin Fələstin şəhəri yaxınlığında təhülkəsizilik divari inşa etməsini planları və aclıq aksiyası keçirən fələstinli vəkilin həbs olunmasından sonra İsrail və Fələstin arasıdakı gərginlik artıb. İsraildə heç bir ittiham irəli sürülmədən həbsdə saxlanılmasına etiraz olaraq aclıq aksiyası keçirən Məhəmməd Allen huşunu itirib. Bu hadisə ilə yanaşı, İsrail sərhədində baş verən son hücumlar iğtişaşların artmasına səbəb olub.

Biz ilk öncə üçüncü intifadanın qarşını almalıyıq və biz razılaşmışıq ki, bunu etmək üçün bir tərəfdən aqressiv şəkildə terrora qarşı mübarizə aparmalıyıq, digər tərəfdən isə diplomatik prosesə və danışıqlar aparmağa doğru irəliləməliyik

Bütün dünya boyu fələstinlilər İsraildə İslamçı Cihad yaraqlı qrupu ilə əlaqəsinin olduğu güman edildiyinə görə həbs olunan Məhəmməd Allenə dəstəklərini ifadə etmək məqsədilə etirazlar keçiriblər. Cənab Allen isə yaraqlı qrupla əlaqəsinin olmadığını bildirir.

Çərşənbə günü baş tutan uzun müşavirədən sonra İsrailin Ali Məhkəməsi Məhəmmədin İsraildəki xəstəxanada qalacağına, ancaq qandallarının çıxarılacağına və ailəsinin onu ziyarət edə biləcəyinə qərar verib.

“Biz bağlı qapılar arxasında Məhəmmədi reanimasiyada müalicə edən həkim Yakubsondan onun səhhəti ilə bağlı uzun məruzəni dinlədik. Hakimlər Məhəmmədin tibbi-şəxsi məlumatını qorumaq məqsədilə bu hesabatın hələlik gizli qalmasını istəyiblər.

Məhəmməd beyin travması keçirib. Bunun müalicə olunub-olunmayacağı bəlli deyil.

Bundan əlavə çərşənbə günü İordan çayının qərb sahilində yerləşən Beit Cala şəhərinin fələstinli xristinaları yəhudi yaşayış məntəqəsi Har Gilo ilə öz şəhərləri arasında divar tikilməsinə etiraz olaraq nümayiş keçiriblər.

İsrail və Fələstinin xəritəsi

İsrail və Fələstinin xəritəsi

“İsrail ordusu və İsrail höküməti bu torpağı müsadirə etməyə, bütün ağacları kəsib, uşaqlarımızın, icmamızın, xristian icmasının gələcəyini əllərindən alıb, yaşayış məntəqələrini qorumaq üçün divar tikməyə qərar veriblər.”

Bazar ertəsi İsrail sərhəd mühafizəçisinə bıçaqla hücum edəndən sonra güllə ilə vurulan şəxsin çərşənbə axşamı dəfn mərasimi keçirilib. Bu, son həftə ərzində baş verən üçüncü belə hücumdur.

İsrailin müxalifət lideri İsaak Herzoq Qərb Sahilində Fələstinin prezidenti Mahmud Abbasla görüşərək, ağırlaşan vəziyyəti müzakirə edib.

“Biz ilk öncə üçüncü intifadanın (qiyam) qarşını almalıyıq və biz razılaşmışıq ki, bunu etmək üçün bir tərəfdən aqressiv şəkildə terrora qarşı mübarizə aparmalıyıq, digər tərəfdən isə diplomatik prosesə və danışıqlar aparmağa doğru irəliləməliyik.”

2014-cü ilin aprel ayında heç bir nəticə əldə olunmadan ABŞ-ın başçılıq etdiyi sülh danışıqları bitəndən sonra, İsrail və fələstinlilər arasındakı zorakılıq iyul ayında ən yüksək nöqtəyə çatıb. O zaman İsrail Qəzadan gələn hücumlara cavab olaraq bir neçə həftə davam edən bomba hücumu həyata keçirib.

XS
SM
MD
LG