Accessibility links

Bu məqsədlə Benyamin Netanyahu Almaniyaya nəzərdə tutulan səfərini təxirə salıb

İsrail baş naziri Benyamin Netanyahu fələstinlilər yəhudilərə qarşı bir sıra bıçaq hücumları həyata keçirdikdən sonra israillilərə daha çox zorakılıq və qarşıdurmalar barədə ayıq olmaq barədə xəbərdarlıq edib.

Netanyahu diqqətini fələstinlilərin israillilərə qarşı hücumlarına yönəltmək üçün cümə axşamı Almaniyaya nəzərdə tutulan səfərini təxirə salıb.

Çərşənbə günü Qüdsün Köhnə Şəhərində fələstinli bir qadın israilli bir kişini bıçaqlayıb. Daha sonra həmin kişi qadını silahla vuraraq yaralayıb.

Hücum İsrail Köhnə Şəhərdə fələstinlilərə qarşı tətbiq olunan bəzi sərt təhlükəsizlik tədbirlərini aradan qaldırandan sonra baş verib.

İsraillilər və fələstinlilər arasındakı zorakılıq son bir həftədə artıb. Münaqişə Şərqi Qüdsün müqəddəs ərazisi üzərində gedir. Müsəlmanlar oranı Məscidül-Əqsə məscidinə, yəhudilər isə Məbəd Dağına görə müqəddəs hesab edirlər.

Fələstinlilər israilliləri onların məscidi ziyarət edib orada ibadət etmələrinin qarşısını almaqda ittiham edir. İsrail isə bu ittihamları rədd edir.

XS
SM
MD
LG