Accessibility links

İsrail hökuməti Fələstin torpaqlarında yəhudi yaşayış məntəqələrinin inşasını qanuniləşdirən qərarı təsdiq edib


İsrail hökumətinin nazirlər kabineti bazar günü özəl Fələstin torpaqlarında yəhudi yaşayış məntəqələrinin inşasını qanuniləşdirən qərarı təsdiq edib.

Mübahsiəli addım parlamentdə ayrı-ayrı üç oxunuşda qəbul edilməli və Ali Məhkəmə tərəfindən təsdiq edilməlidir.

Qanun İordan çayının Qərb Sahilindəki Amona yaşayış məntəqəsinin dekabrın 25-dək evakuasiya edilməsi barədə Ali Məhkəmənin qərarının qarşısını almaq məqsədi daşıyır.

Bu qanun İsrailin koalisiya hökumətində parçalanmaya səbəb olub. Dini mühafizəkarlar bu qərarı dəstəkləyir, digər tərəf isə bunu fələstinlilərə buna görə kompensasiya verilsə də torpaq oğurluğu adlandırır.

Baş nazir Benyamin Netanyahu da qərarın əleyhinə çıxır və nazirləri sərt mövqe tutaraq, Ali Məhkəməyə dekabrın 25-i evakuasiya məsələsini təxirə salmaq imkanı verməməkdə günahlandırıb.

ABŞ və insan haqları qrupları fələstinlilərin gələcək dövlətin bir hissəsi olmasını istədikləri torpaqlarda yəhudi yaşayış məntəqələrinin inşasını daim pisləyir. Fələstinlilər bu məsələni sülhə aprana yolda başlıca maneə hesab edir.

İsrail isə yaşayış məntəqələrinin inşasını ölkənin təhlükəsizliyinin bir hissəsi kimi qiymətləndirir və sülhə əsas maneənin fələstinlilərin yəhudi dövlətini tanımaması olduğunu bildirir.

XS
SM
MD
LG