Accessibility links

İsrail yaşayış məntəqələri siyasətini davam etdirir


Qüds bələdiyyəsi şəhərin şimalındakı Ramat Şlomo yaşayış məntəqəsində daha 500 evin tikilməsini təklif edib. Bu ərazi 1967-ci ildə baş verən 6 günlük müharibədən sonra İsrail tərəfindən ilhaq edilib və Donald Tramp ABŞ prezidentliyinə seçiləndən bəri plana salınan ilk ərazidir.

İsrail yaşayış məntəqələri siyasətinə görə kəskin tənqid olunur, çünki hesab edilir ki, bu, fələstinlilərlə əldə olunacaq “iki-dövlət” variantına xələl gətirir. Fələstinli qanunverici Mustafa Barquti ABŞ-ın növbəti prezidentini bu addımı pisləməyə çağırıb.

San Fransisko Universitetinin Yaxın Şərq üzrə təhlilçisi Stefen Zunes deyib ki, İsrailin beynəlxalq səviyyədə qəbul edilən sərhədlərindən kənarda yaşayış məntəqələri salması qeyri-qanuni hesab edilir.

Zunes xəbərdarlıq edir ki, fələstinlilərin yeni üsyan, yəni intifada etmək ehtimalı getdikcə artır.

Ötən ilin dekabr ayında verdiyi bir müsahibədə Donald Tramp seçilsə, prezidentlyiinin ilk altı ayı ərzində İsrail-Fələstin sülhünün əldə olunmasının mümkün olub-olmayacağını biləcəyini söyləmişdi. O, hər iki tərəfin münaqişəni həll etmək istəklərinin olduğununa şübhə ilə yanaşdığını bildirimişdi və əlavə etmişdi ki, davamlı sülhün əldə olunması İsraildən asılıdır.

XS
SM
MD
LG