Accessibility links

İsrail daha 26 fələstinli məhbusu azad edib


İsrail fələstinlilərlə sülh danışıqlarını canlandlrmaq məqsədilə əldə edilmiş razılığa əsasən mülki vətəndaşlara qarşı hücumlarla əlaqədar həbs edilmiş daha 26 fələstinli məhbusu azad edib.

İordan çayının Qərb sahili və Qəzza zolağında azad edilmiş məhbuslar böyük kütlə tərəfindən sevinclə qarşılanıb.

Fələstinlilərin prezidenti Mahmud Abbas və başqa rəsmiləri azad edilmiş məhbusların bir qrupunu Ramallahda qarşılayıb. Cənab Abbas daha çox məhbusun azad edilməsinə çalışacağına söz verib.

Amerikanın Səsinin müxbiri Skott Bobb Ramallahda azad edilmiş bir qrup məhbusla görüşüb. Onun sözlərinə görə, məhbuslar icma mərkəzlərində ailə üzvləri, dostları və qonaqlarla görüşür. Skott Bobb bildirir ki, bəzi məhbuslar 30 ildir yaxınları ilə görüşməyib. Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə, İsraildə hadisə qurbanlarının ailə üzvləri Baş nazir Benyamin Netanyahunun iqamətgahı və azad edilmiş bir məhbusun Şərqi Qüdsdəki evinin qarşısında etiraz aksiyası keçirib.

Fələstinli məhbusların azad edilməsi cənab Netanyahunun kabinetinin bəzi üzvləri də daxil olmaqla, bir çox israillinin qəzəbinə səbəb olub.
XS
SM
MD
LG