Accessibility links

İsrail Qəzza ilə iki sərhəd keçid məntəqəsini yenidən açır


İsrailin bu gündən etibarən Qəzza ilə iki sərhəd keçid məntəqəsini yenidən açacağı gözlənilir. Kərəm Şalom və Erez sərhəd keçid məntəqələri bazar günü Fələstin ərazisindən İsrailə raketin atılmasından sonra bağlanmışdı. Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

İsrailin bildirdiyinə görə, bu, iyul və avqust aylarında İsrailin Qəzzadakı yaraqlıların raket hücumlarına qarşı 50 gün apardığı müharibədən sonra Fələstin ərazisindən atılan ikinci raketdir.

İki aya yaxın davam edən münaqişə 2 min 140 fələstinlinin və təxminən 70 israillinin həyatına son qoyub.

XS
SM
MD
LG