Accessibility links

Rəfah şəhərində 34 nəfər həlak olub


İsrail ordusu Qəzza Zolağının Rəfah şəhərini ələ keçirərək orada öz hərbi zabitlərinin axtarışını davam etdirib. İsrail zabitin Həmas döyüşçüləri tərəfindən oğurlandığını iddia edir.

Fələstin rəsmiləri deyir ki, bu gün Rəfahda və ətraf ərazilərdə həyata keçirilən hava hücumları nəticəsində 34 nəfərdən çox insan həlak olub.

İsrail əsgərin axtarışlarını davam etdirsə də, Həmas rəsmiləri baş çavuş Hadar Qoldinin hada olması barədə məlumatsız olduğunu bildirib. Onlar zabitin dünən İsrailin Qəzza Zolağına hava hücumu nəticəsində həlak olduğu ehtimal edir.

Həmas bu gün açıqladığı bəyanatda bildirib ki, onlar İsrail əsgərinin itkin düşdüyü ərazidəki Həmas döyüşçüləri ilə əlaqəni itirib. Həmas qrupun oradakı bütün üzvləri ilə yanaşı İsrail zabitinin də orada öldüyünə inanır.

İsrail Nazirlər Kabinetinin cümə günü axşam keçirilən nadir və həddən artıq uzun sessiyası zamanı müzakirə mövzusu itkin düşən əsgər olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG