Accessibility links

İsrail Qəzzaya yardım daşıyan İrlandiyaya məxsus Rachel Corrie gəmisini saxlayıb


İsrail Qəzzaya yardım daşıyan İrlandiyaya məxsus Rachel Corrie gəmisini saxlayıb

İsrail Qəzzaya yardım daşıyan İrlandiyaya məxsus Rachel Corrie gəmisini saxlayıb

İsrail hərbçilıəri Qəzza Zolağına yardım daşıyan gəmiyə daxil olub

Bir neçə dəfə istiqamətini dəyişməsi göstərişinə məhəl qoymadığı üçün İsrail hərbçilıəri Qəzza Zolağına yardım daşıyan gəmiyə daxil olub. Hərbi qüvvələr İrlandiyaya məxsus Rachel Corrie gəmisinə daxil olarkən fələstin tərəfdarı fəalların onlara müqavimət göstərmədiklərini bildirmişlər. Qəzza Zolağına 20 ton yardım daşıyan gəmidəki fəallar arasında Nobel mükafatı laureatının da olduğu deyilir.

İsrailin baş naziri Benyamin Netanyahu hərbi qüvvələrə fəallara ziyan vuracaq heç bir addım atmamaq barədə göstəriş verib. İsrail yardım gəmisinin BMT və İrlandiya rəsmiləri tərəfindən yoxlanması və bundan sonra Qəzzaya yola salınması üçün Aşdod limanına aparılması haqda qərar verib.

XS
SM
MD
LG