Accessibility links

İsrail Həmas döyüşçülərinə qarşı hərbi əməliyyatları genişləndirir


İsrailin baş naziri Qəzza zolağında Həmas döyüşçülərinə qarşı hərbi əməliyyatların əhəmiyyətli dərəcədə genişləndiriləcəyini bəyan edib.
Benyamin Netanyahunun bəyanatı minlərlə İsrail əsgərinin Qəzza sərhədlərinə yerləşdirildiyi vaxta təsadüf edir.

İsrail Qəzzaya qarşı hava və dəniz hücumlarını bu gün də davam etdirib. Son hadisələr nəticəsində 3 uşağın həlak olduğu bildirilir.

Israilin hücumları xarici mətbuat orqanlarının binalarını da hədəf alıb. 3 jurnalst yaralanıb.

Fransanın xarici işlər naziri Laurent Fabius Qüdsə səfər edərək, tərəflər arasında atəşkəs əldə edilməsinə çalışır.

Britaniyanın xarici işlər naziri Uilyam Haq İsrailə beynəlxalq dəstəyini itirəcəyi barədə xəbərdarlıq verib.

Fələstin rəsmiləri son bir neçə gün ərzində 48 adamın həlak olduğunu deyir. Israil tərəfindən isə 3 adam öldürülüb.

Qahirədə Ərəb Liqasının xarici işlər nazirləri vəziyyətlə bağlı təcili iclas çağırıb.

Dünən İsrail qüvvələri Qəzza zolağı ətrafındakı əsas yolları bağlamışdı. İsrailin hava zərbələri nəticəsində Həmasın nazirlər kabinetinin binası dağıdılıb. Gün ərzində İsrail Qəzza zolağına 200-dən artıq hava zərbəsi endirib.

Həmas döyüşçüləri isə Tel-Əvivin şimal bölgəsini raket atəşinə tutub.
XS
SM
MD
LG