Accessibility links

BMT-nin Dünya Ərzaq Proqramı Qəzzada 730 mini insana ərzaq yardımı etməyə başlayıb.

Təşkilat bazar günü başlayan 72 saatlıq atəşkəsdən istifadə edərək bazar ertəsi günü 143 000 ailəyə düyü və un paylayıb.

BMT-nin məlumatına görə ərzaq yardımı iki həftə ərzində ediləcək.

Yardım İsrail və Fələstin tərəflərinin bazar ertəsi günü Qahirədə Qəzzada döyüşlərin dayandırılmasın danışıqları bərpa etməsindən sonra başlayıb.

Keçən həftə cümə günü başa çatan digər 72 saatlıq atəşkəs tərəflər arasında uzun müddətli razılığın əldə edilməsinə gətirib çıxarmayıb. Misirin vasitəçilik etdiyi danışıqlar döyüşlərin başlaması ilə pozulub. Hamas İsrail ərazisinə raketlər atmağa, İsrail isə havadan zərbələr endirməyə başlayıb.

İyul ayının 8-dən bəri çoxu mülki vətəndaşlar olmaqla 1900 fələstinli həlak olub.

İsrail tərəfindən isə üç mülki vətəndaş və 64 əsgər həyatını itirib.

XS
SM
MD
LG