Accessibility links

Qəzza Zolağının və İsrailin cənub hissəsinin sakinləri İsrail və Həmas arasında müvəqqəti atəşkəsin uzadılmasını müsbət qarşılayıblar.

Sərhəddə toplaşmış İsrail qüvvələri əldə edilmiş beş günlük atəşkəs nəticəsində sabitliyi saxlamağa davam edirlər.

Misirli vasitəçilər atəşkəsi danışıqlar və Qəzzada döyüşlərin birdəfəlik dayandırılması üçün imkan kimi görür.

BMT-nin məlumatına görə iyulun əvvəlindən Qəzza Zolağında əksəriyyəti mülkü vətəndaşlar olmaqla, 1950 nəfər həlak olub. İsrail tərəfdən isə əksəriyyəti əsgər olmaqla 67 nəfər ölüb.

Həmas İsraildən səkkiz il davam edən blokadanın qaldırılmasını tələb edir. İsrail isə Həmasın tamamilə silahsızlanmasını istəyir.

XS
SM
MD
LG