Accessibility links

İsrail Qəzza zolağına 200-dən artıq hava zərbəsi endirib


İsrail qüvvələri Qəzza zolağı ətrafındakı əsas yolları bağlayıb. Bu gün İsrailin hava zərbələri nəticəsində Həmasın nazirlər kabinetinin binası dağıdılıb. Gün ərzində İsrail Qəzza zolağına 200-dən artıq hava zərbəsi endirib.

Həmas döyüşçüləri isə Tel-Əvivin şimal bölgəsini raket atəşinə tutub.

Dünən İsrailin Qüds şəhəri yaxınlığına Qəzzadan raket atılıb. İsrail hadisə zamanı yaralanan və ya ölən olmadığını bəyan edib. Hücumun məsuliyyətini Həmas üzərinə götürüb.

İsrail ehtiyatda olan 75 min hərbiçinin çox hissəsini səfərbərliyə çağırıb.
Fələstinlilər İsrail Qəzzaya hücumları nəticəsində 38 adamın həlak olduğunu bildirir. Hücumlar nəticəsində 3 israilli öldürülüb.

Bu arada, Tunisin xarici işlər naziri Rafiq Abdesslem Qəzzaya səfər edib.

Misirin dünən Qəzzaya səfər edən baş naziri Heşəm Kandil İsrailin təcavüzünə son qoymaq üçün əlindən gələni əsirgəməyəcəyinə və İsraillə Fələstin arasında atəşkəs əldə edilməsinə yardım göstərəcəyinə vəd verib.

ABŞ prezidenti Barak Obama Misir prezidentinə zəng edərək, vəziyyəti müzakirə edib.

Cənab Obama İsrailin baş naziri Benyamin Netanyahu ilə də telefon müzakirəsi keçirib.
XS
SM
MD
LG