Accessibility links

BMT-nin baş katibi Ban Gi Mun və ABŞ dövlət katibi Con Kerri Həmasla İsrail arasında döyüşlərə son qoyulması məqsədi ilə Yaxın Şərq görüşlərini davam etdirir.

Con Kerri bu gün Fələstinin kəşfiyyat idarəsinin rəhbəri Məcid Fərəclə müzakirələrdən əvvəl Misirin xarici işlər naziri Sameh Şükri ilə görüşüb.Onlar atəşkəs əldə ediləcəyi ümidi ilə İsrail-Fələstin sülh prosesinin davam etdirləcəyini bilirib.

BMT-nin baş katibi isə öz növbəsində dərhal zorakılıqlara son qoyulmasına çağırıb. Ban Gi Mun İsrailin baş naziri Benyamin Netanyahu, daha sonra isə Fələstin rəsmiləri ilə görüşlər keçirməlidir.

Tərəflər arasında isə iki həftədir davam edən döyüşlər səngimək bilmir.

İsrailin Qəzzada bir sıra bölgələri havadan hədəf alması nəticəsində 10 nəfər həlak olub. Qəzzadan da İsrail ərazilərinə raket axını davam etdirilir.

İsrail dünənki hücum zamanı öldürülən əsgərlərdən altısının kimliyinin müəyyən edildiyini və digərinin isə hələ aşkar edilmədiyini bildirib.

Həmasın sözçüsü bazar günü bir İsrail əsgərinin ələ keçirildiyini iddia etsə də, İsrailin BMT-dəki səfiri bunun yalan olduğunu deyib.

İsrail daha iki əsgərinin öldürüldüyünü təsdiq edərək, ölənlərin sayının 29-a çatdığını bəyan edib. Fələstin tərəfi isə əksəriyyəti mülki əhali olmaqla, 570 nəfərin həlak olduğunu xəbər verir.

XS
SM
MD
LG