Accessibility links

İsrail Həmasın əsas maliyyə rəsmisini öldürüb


Bu gün Həmasın rəhbərliyini yenidən hədəf alan İsrail mühüm maliyyə rəsmisini öldürüb. İsrail bildirib ki, Məhəmməd Əl-Gül terror üçün maliyyə əməliyyatlarını həyata keçirən şəxs olub.

İsrail ordusu Qəzza şəhərində hava hücumu nəticəsində Əl-Gülün maşınının vurulduğunu bildirib. Cəmi bir neçə gün əvvəl isə Həmasın daha 3 komandiri öldürülmüşdü.

İsrail Gülü təsvir edərkən bildirib ki, bu şəxs Qəzzada terror infrastrukturunun quurulmasının başlıca oyunçularından olub. Buraya Həmasın yəhudi dövlətinə hücumlar üçün istifadə etdiyi tunellərin də daxil olduğu bildirilir. Şahidlər deyir ki, vurulan maşında ABŞ dollarları aşkar edilib.

Bazar günü İsrailin Həmasın nəzarətində olan Qəzza Zolağına hücumu nəticəsində ümumi 12 fələstinli ölüb. İsrail ordusu bildirir ki, Həmas isə öz növbəsində 50 raket hücumu həyata keçirsə də, hücum nəticəsində ölən olmayıb.

XS
SM
MD
LG