Accessibility links

Qəzza ilə sərhəd bölgədə qarşıdurma olub


İsrail ordusunun bildirdiyinə görə, Qəzza ilə sərhəd bölgədə qarşıdurma olub. Hücum zamanı Həmas yaraqlısı öldürülüb və bir İsrail əsgəri yaralanıb.

İsrail rəsmiləri snayper hücumuna tank və hava zərbələri ilə cavab verildiyini bildirib.

Həmas və Fələstinin səhiyyə mənbələrinin bildirdiyinə görə, atışma Xan Yunus şəhərində həyata keçirilib.

Avqust ayının 26-da 50 günlük müharibədən sonra əldə edilən atəşkəsə baxmayaraq, tərəflər arasında ara-sıra hücumlar həyata keçirilir.

Həmas qarşıdurmalara görə İsraili ittiham edərək, sakitlik tərəfdarı olduğunu, lakin İsrailin hücumlarının cavabsız qalmayacağını deyib.

XS
SM
MD
LG