Accessibility links

Cümə axşamı İsrail Holokostu anım mərasimi keçirir.

İsrailin baş naziri Benyamin Netanyahu prezident Reuven Rivlinlə birlikdə Qüdsdə Yad Yaşem abidəsi önünə əklillər qoyub.

Nasistlər tərəfindən qətlə yetirilən 6 milyon yəhudinin xatirəsi sükutla yad edilib.

Ağ Evin bəyanatında deyilir ki, "bu gün və hər gün yəhudi icmasına ölkə daxilində və xaricdə həmrəylik nümayiş etdiririk".

Yom HaShoah adlanan anım günü çərşənbə günü günəşin batmasından sonra başlayıb.

XS
SM
MD
LG