Accessibility links

İsrail şirkəti İrana neft tankeri satmaqda ittiham edilir


İsrail şirkəti İrana neft tankeri satmaqda ittiham edilir

İsrail şirkəti İrana neft tankeri satmaqda ittiham edilir

Ötən həftə İranla ehtimal edilən ticarət əlaqələrinə görə ABŞ Dövlət Departamentinin qara siyahısına düşmüş İsrail şirkəti çətinliklərlə qarşılaşır. İsrailin ən zəngin ailəsinə məxsus Ofer Brothers Group şirkətinə qarşı onun filiallarından biri İrana neft tankeri satdığına görə sanksiya qoyulub. ABŞ və müttəfiqlər mübahisəli nüvə proqramına görə İranla ticarət əlaqələrinə sanksiya tətbiq etmişdi. İran öz növbəsində nüvə ambisiyalarının dinc xarakter daşıdığını bildirir. ABŞ Dövlət Departamenti Ofer biznes şirkətinin filiallarının fəaliyyətinə görə məsuliyyət daşımalı olduğunu bildirib. Ofer Brothers Group-u ittihamları təkzib edib.

XS
SM
MD
LG