Accessibility links

ABŞ Dövlət Katibi Yaxın Şərqə qayıdıb


ABŞ Dövlət Katibi Con Kerri bir həftə sonra yenidən Yaxın Şərqə qayıdıb. Onun son görüşündə ABŞ-ın İsrail və Fələstin sülh razılığı istiqamətində irəli sürdüyü təklifi Fələstin rəsmiləri tərəfindən narazılıqla qarşılanıb.

Cənab Kerrinin baş nazir Benyamin Netanyahu və prezident Şimon Pereslə Qüdsdəki görüşü güclü qar yağması səbəbi ilə təxirə salınıb.

ABŞ diplomatının Fələstin prezidenti Mahmud Abbasla Ramallahda görüşünün baş tutacağı gözlənilir.

İsrail və Fələstin rəsmiləri sülh danışıqlarının bərpası üçün yenidən görüşlərə razılıq veriblər.
XS
SM
MD
LG