Accessibility links

"İsraillə fələstinlilər arasında zorakılıqlar nəzarətdən çıxa bilər"


ABŞ dövlət katibi Con Kerri bildirib ki, İsraillə fələstinlilər arasında davam etməkdə olan zorakılıqlar nəzarətdən çıxa bilər.

Dövlət katibi bu şərhi regiona diplomatik səfəri çərçivəsində hər iki tərəfin lideri ilə görüşündən sonra verib.

Biz elə bir nöqtəyə yaxınlaşırıq ki, hər iki tərəf gələcək üçün qərar qəbul etməlidir. Biz ümid edirik ki, onlar dayanıqlı sülhə yol açacaq seçim edəcəklər.
Con Kerri, ABŞ Dövlət Katibi

Bostona getdikdən sonra Kerri deyib ki, ABŞ İsrail və fələstinliləri gərginliyi azaltmaq və iki dövlətin mövcudluğu prinsipinə sədaqət nümayiş etdirməyə çağırır.

Sentyabrdan bəri davam edən fələstinlilərin bıçaqlama, güllələmə və avtomobillə insanlara hücum etmə halları bir amerikalı tələbə də daxil olmaqla 19 israillinin ölümünə səbəb olub.

Bu müddət ərzində 89 fələstinli həlak olub. Onların əksəriyyəti hücumlar həyata keçirən zaman, digərləri isə İsrail qüvvələri ilə toqquşma zəminində ölüb.

XS
SM
MD
LG