Accessibility links

ABŞ dövlət katibi Con Kerri bildirib ki, İsrailin yeni yaşayış planı Fələstin ilə sülh danışıqlarına təsir göstərməməlidir.

Kolumbiyanın Boqota şəhərində səfərdə ikən cənab Kerri İsrailin yeni yaşayış planını kəskin tənqid edib.

İsrail Fələstinin işğal edilmiş ərazilərində 1200 yeni evin inşasına qərar verib. Fələstinlilər bu ərazilərdə gələcək dövlətlərini qurmağı planlaşdırır.

İsrail və Fələstin müzakirəçiləri ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqlarının bərpası üçün addımlar atıb.
XS
SM
MD
LG