Accessibility links

İsrail fələstinlilərin vergi və tarif fondlarından 120 milyon dollarlıq vəsait tutulacağını bəyan edib


İsrail fələstinlilərin BMT-də dövlətçilik statusu almasına cavab olaraq vergi və tarif fondlarından 120 milyon dollarlıq vəsait tutulacağını bəyan edib.

İsrailin maliyyə naziri Yuval Şteynitz deyib ki, onun hökuməti bu vəsaiti fələstinlilərin İsrailə olan elektrik və digər borclarının ödənməsinə sərf edəcək.

Bundan əlavə İsrailin nazirlər kabineti bu gün BMT-nin qərarına etiraz bəyannaməsi qəbul edib.

Cümə günü İsrail işğal altında olan ərazilərdə minlərlə evin inşası planının həyata keçiriləcəyini elan edib.

İordan çayının qərb sahilinin Ramallah şəhərində isə Fələstin prezidenti Mahmud Abbas böyük sevinclə qarşılanıb. Abbas deyib ki, “Bəli, biz artıq bir dövlətik”.
XS
SM
MD
LG