Accessibility links

İsrailin baş naziri vətəndaşlarını daha ayıq-sayıq olmağa çağırıb


Polisin "terror dalğası" barədəki xəbərdarlığından sonra İsrailin baş naziri Benyamin Netanyahu da bu gün vətəndaşlarını daha ayıq-sayıq olmağa çağırıb.

Cənab Netanyahu israillilərə qarşı hücumlar həyata keçirən fələstinlilərlə sərt davranılacağına söz verib, lakin İsrailin müttəfiqlərini hirsləndirməməyə çalışdığını deyib.

Son hücumlardan biri dünən, Tel-Əvivdəki Baş Hərbi Qərargahı yaxınlığında baş verib. Hadisə zamanı biri əsgər olmaqla, 4 israilli bıçaqlanıb. Hücumda şübhəli bilinən fələstinli İsrail polisi tərəfindən güllə ilə vurularaq öldürülüb.

Çərşənbə günü isə Qüdsün Köhnə Şəhərində fələstinli bir qadın israilli bir kişini bıçaqlayıb. Daha sonra həmin kişi qadını silahla vuraraq yaralayıb.

Hücum İsrail Köhnə Şəhərdə fələstinlilərə qarşı tətbiq olunan bəzi sərt təhlükəsizlik tədbirlərini aradan qaldırandan sonra baş verib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG