Accessibility links

İsraillə Həmas arasında söz müharibəsi davam edir


İsraillə Həmas arasında silahlı münaqişə dayansa da söz müharibəsi hələ də davam edir. İsrailin baş naziri Benyamin Netanyahu şənbə günü Qəzzada təşkil edilən nümayiş zamanı İsrailin məhvinə dair şüarlara görə islamçı Həmas qrupunu günahlandırıb. Qüdsdə nazirlər kabinetində çıxışı zamanı baş nazir deyib ki, İsrailin fələstinli düşmənləri güzəşlərdə maraqsız olduqlarını bir daha nümayiş etdirib. Netanyahu 45 illik sürgündən sonra Qəzzaya qayıdan Həmas lideri Xalid Məşəlin dediklərinə işarə edib.

Həmasın təşkilinin 25-ci ildönümümü münasibəti ilə danışan Məşəl Həmasın Fələstin torpağının hər bir qarışının, İsrail dövləti də daxil edilməklə bölgənin yəhudilərdən təmizləyənədək mübarizəsini davam etdirəcəyinə söz verib. O, Qüdsün azadlığına nail olunanadək silahların yerə qoyulmayacağını bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu deyib ki, Həmas İordan çayının qərb sahili və Qəzzanın daxil olacağı Fələstin dövlətinin yaradılması səylərinə maneə törədir.

O, İsrailin sülh istədiyini, lakin Həmas kimi düşmənin sülhü qeyri-mümkün etdiyini deyib.

Baş nazir 2006-cı ildə İsrailin Qəzzadan çıxmasından sonra Qəzzanın Həmasın terror bazasına çevrildiyini bildirib. Netanyahu deyib ki, İsrail İordan çayının qərb sahilində eyni səhvə yol verməyəcək.
XS
SM
MD
LG