Accessibility links

Yaxın Şərq danışıqları Vaşinqtonda bərpa olunur


İsrail və Fələstinlü müzakirəçilər üç illik fasilədən sonra Vaşinqtonda sülh danışıqlarının bərpası üçün bu gün axşam saatlarında görüşməyi planlaşdırır.

ABŞ dövlət katibi Con Kerri İsraildən Tzipi Livni və Fələstindən Saeb Erekat üçün iftar yemeyi təşkil edəcək. Tərəfin daha geniş müzakirələr aparmaq üçün sabah yenidən bir araya gələcək.

Müzakirələrə bir neçə saat qalmış Kerri ABŞ-ın İsraildəki keçmiş səfiri Martin İndiki danışıqlarda özünə müşavir seçdiyini açıqlayıb.

İndik 2000-ci ildə Kamp Deyvid sülh danışıqlarında başlıca rol oynayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG