Accessibility links

İsrailin baş naziri Qəzzadan gələn hücumlara cavab veriləcəyini deyib


Baş nazir Netanyahu İsrailin sərt cavab verəcəyini deyərək bildirib ki, Həmas və başqa terrorçu qruplar öz hərəkətlərinə görə məsuliyyət daşıdığını bilməlidir

İsrailin baş naziri Benyamin Netanyahu xəbərdarlıq edib ki, Qəzza zolağında İsrail vətəndaşlarına qarşı hər bir hücuma cavab veriləcək. Baş nazir İsrailin sərt cavab verəcəyini deyərək bildirib ki, Həmas və başqa terrorçu qruplar öz hərəkətlərinə görə məsuliyyət daşıdığını bilməlidir.

Cənab Netanyahu Həmasın nəzarəti altında olan Qəzzada ağır döyüşdə iki İsrail əsgərinin həlak olmasından iki gün sonra bu gün kabinetinin iclasında danışıb. Bu, bir il öncə İsrailin Qəzzada hücumundan sonra orada ən şiddətli döyüş olub. Toqquşma zamanı azı iki fələstinli silahı şəxsin öldüyü bildirilir.

İsrail rəsmiləri fələstinli silahlı şəxslərin sərhəddə bomba yerləşdirdiyini gördükdən sonra Qəzzaya əsgəri qüvvə göndərmişlər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG