Accessibility links

Dövlət katibi Klinton Yaxın Şərqə yola düşüb

  • Amerikanın səsi

Xanım Klinton və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel sabah Misrin Qırmızı dənizdə yerləşən kurort şəhəri Şərm-əl-Şeyx, çərşənbə gün isə Qüdsdə danışıqlar keçirəcəklər.

ABŞ Dövlət katibi Hillari Klinton bu həftə İsrail-Fələstin sülh danışıqlarının ikinci raundunu keçirmək üçün bu gün Yaxın Şərqə yola düşüb. Klinton və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel sabah Misrin Qırmızı dənizdə yerləşən kurort şəhəri Şərm-əl-Şeyx, çərşənbə gün isə Qüdsdə danışıqlarda iştirak edəcəklər. İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin İordan çayının Qərb sahilində yəhudi yaşayış məntəqələrinin inşasına moratoriumu uzatmayacağını deyib, lakin tikinti işlərinin məhdud şəkildə aparılacağına işarə edib. Tikinti işlərinin müəyyən hissəsi dondurulması üçün qoyulmuş10 aylıq müddət sentyabrın 26-da bitir. Fələstinlilərin prezidenti Mahmud Abbas inşa işləri bərpa olsa, Yaxın Şərq sülh danışıqlarından çıxacağı ilə hədələyib.

XS
SM
MD
LG