Accessibility links

İsrail polisi bir fələstinlini öldürüb


İsrail polisinin verdiyi məlumata görə, zabitlərdən biri Tel-Əviv yaxınlığında bir fələstinlini güllə ilə vuraraq öldürüb.

Rəsmilər deyir ki, Petah Tikva ərazisində qeyri-qanuni mühacirləri hədəf alan reyd zamanı zabit odlu silahdan atəş açmaq məcburiyyətində qalıb.

Polis sözçüsü deyib ki, atəşin hansı şəraitdə açılması hələlik bəlli deyil.

İsrailin zəbt etdiyi qonşu İordan çayının Qərb sahilindən bəzi fələstinlilər iş icazələri olmadıqları üçün yəhudi dövləti ərazilərinə qeyri-qanuni daxil olaraq İsrailin gəlirli iş bazarında iş axtarırlar.

İsrail qüvvələri ölkəyə qanunsuz daxil olan fələstinlərdən xəbərdardır.
XS
SM
MD
LG