Accessibility links

İsrail polisi Qüdsdə müqəddəs ziyarətgah olan Əl-Əqsa məscidi yaxınlığında daş atan 16 fələstinlinin həbs edildiyini bildirib. Rəsmilərin sözlərinə görə, nümayişçilərlə toqquşma zamanı iki polis işçisi yaralanıb.

İnsident bazar günü xristianlar və yəhudilərin ayrı-ayırlıqda qeyd etdikləri Pasxa münasibətilə müqəddəs ziyarətgahın ziyarətçiər və turistlərin üçün açıldığı zaman baş verib.

Qüdsdə yerləşən bu ərazi Yaxın Şərqdə dini ayinlərin icra edildiyi ən mühüm müqəddəs ziyarətgahların yerləşdiyi yerlərdən biri hesab edilir. Eyni zamanda, müqəddəs ziyarətgahların yerləşdiyi bu ərazi İsrail-Fələstin münaqişəsində də ən mübahisəli məsələlərdən biridir.

Yəhudilər bu ərazidə yəhudi dinində müqəddəs hesab edilin iki məbədin yerləşdiyi Məbəd dağı adlandırırı.

Müsəlmanlar isə Əl-Əqsa məscidini islam dinində üçüncü ən mühüm müqəddəs ziyarətgah hesab edir.
XS
SM
MD
LG