Accessibility links

İsrail polisi üç nəfəri bıçaqlayan fələstinlini öldürüb


Şənbə günü İsrail polisi Qüdsdə üç nəfəri bıçaqlayan fələstinli bir kişini güllələyərək öldürdüklərini bildirib.

Polisin sözçüsü Luba Samri deyib ki, fələstinli şəxs iki yəhudini bıçaqlayıb və qaçıb. Qısa bir müddət sonra o, sərhəd keşikçisini bıçaqlayıb və ardından polis tərəfindən öldürülüb.

Polisin verdiyi məlumata görə, iki israilli yüngül xəsarətlər alıb, üçüncü şəxsin vəziyyəti isə kritikdir.

Hadisə daha sonra polislə fələstinlilər arasında qarşıdurmaya səbəb olub. Polis daş atan fələstinlilərə qarşı səs bombasından istifadə edib.

Bu, son günlərdə Qüds şəhərinə əsas giriş olan Dəməşq Qapısı yaxınlığında baş verən ikinci hücumdur. Bundan öncə, çərşənbə günü polis zabitlərini qayçı ilə vurmağa çalışan bir qadın güllələnərək öldürülüb.

Son illərdə fələstinlilərlə İsrail təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar artmağa davam edir. 2015-ci ilin sentyabr ayından bəri fələstinlilər 41 israilli və iki amerikalı turisti, İsrail təhlükəsizlik qüvvələri isə azı 241 fələstinlilini öldürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG