Accessibility links

ABŞ İsrail casusu Conatan Pollardı azadlığa buraxır


İsrailin xeyrinə casusluqda şübhəli bilinən və 30 il federal həbsxanada saxlanılan Conatan Pollardın vəkilləri ABŞ rəsmilərinin noyabr ayında onun azadlığa buraxması haqda qərar verdiklərini deyib.

Federal rəsmilərin onun artıq cinayət törətməyəcəyinə inandıqlarını deməsindən sonra Ədliyyə Departamentinin komitəsi Pollardın azadlığa buraxılmasına dair qərar çıxarıb.

Əslən Texas ştatından olan Conatan Pollard ABŞ Hərbi Dəniz qüvvələrində mülki analitik vəzifəsində çalışıb.

Rəsmilər onu 1985-ci ilin noyabrında İsrailin Vaşınqton şəhərindəki səfirliyinə sığınacaq almağa çalışdığı vaxt həbs etmişdi.

İki il sonra Conatan Pollard Yaxın Şərqdə ABŞ kəşfiyyatı, silahlar və radar qurğuların detalları da daxil olmaqla hərbi sirləri İsrailə təhvil verdiyinə görə ömürlük həbs cəzasına məhkum olunmuşdu.

Onun azadlığa buraxılmasının şərtlərinə görə Conatan Pollard beş il müddətində ABŞ-da qalmalıdır. Lakin onun vəkilləri ABŞ prezidentindən onun daha tez buraxılması və İsrailə mühacirət edə bilməsi üçün icazə verməsini istədiklərini deyib.

İsrailin baş naziri Beyamin Netanyahu Conatan Pollardın azadlığa buraxılması xəbərini sevinclə qarşılayıb və məsələ ilə bağlı ABŞ liderlərinə bir neçə dəfə müraciət etdiyini bildirib.

ABŞ Dövlət katibi Con Kerri Conatan Pollardın azadlığa buraxılmasının İranla nüvə razılığı ilə bağlı narahatlığını bildirən İsraili razı salmaq məqsədi daşıdığı haqda fikirləri rədd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG