Accessibility links

Ariel Şaronun vəziyyəti ağırdır


İsrailin sabiq baş naziri Ariel Şaronun müalicə edildiyi xəstəxananın başçısı hazırda onun vəziyyətinin ağır olduğunu deyib.

2006-cı ildə iflic diaqnozu ilə Tel Aviv şəhəri yaxınlığında yerləşən Tel Haşomer xəstəxanasına gətirildikdən sonra 85 yaşlı lider veqetativ durumda olmaqda davam edir.

Cənab Şaron İsrailin ən ikonik və ziddiyyətli fiqurudur. 2005-ci ilin ortalarında o, İsrail qoşunlarının Qəzza Zolağından çıxarılmasına rəhbərlik edib. Bununla Ariel Şaron 38 il hərbi qüvvələrin nəzarətində olan bu ərazini onların nəzarətindən çıxarıb.

Yəhudilər tərəfindən ələ keçirilmiş ərazilərdə yaşayış məntəqələrinin inşa edilməsinə rəhbərlik edən Şaronun sonradan belə bir əks mövqe seçməsi hər kəsi şoka salmışdır.
XS
SM
MD
LG